Mətbəx divar kağızı: rəng seçimi, mətbəx üçün yararlığı və seçim meyarları
Mətbəx divar kağızının seçim meyarları
Mətbəx və mətbəx divarları müntəzəm nəmli təmizlik tələb edən məkandır, odur ki, mətbəx divar kağızları da nəmə davamlı olmalıdır. Ömrümüzün ən «dadlı» hissəsi məhz mətbəxdə keçir, amma, ruhu və cismi rahatlandıran qidanın hazırlıq prosesində divarlara yağ, şirə damcıları sıçrayır. Bəzək materialı uğursuzdursa, ev sahibləri yeni təmirə başlamalı və divar kağızını dəyişməli olur. Nəmə davamlı örtüklər az çirklənmiş yerlərin yuyucu və təmizləyici vasitələrdən istifadə etmədən yumşaq əski ya nəm süngərlə silinməsinə davamlıdır. Yuyulan divar kağızları xüsusi yuyucu vasitələrlə nəm təmizliyə davamlıdır, superyuyulan kağızlar isə təkcə yuyucu vasitələrlə silinməyə deyil, fırçalanmaya da dözür.
Mətbəx divar kağızlarının vacib keyfiyyət göstəricilərindən biri möhkəmliyidir. Divar kağızı nə qədər qalın, nə qədər möhkəmdirsə, çirkin yığıldığı məsamələrin sayı da o qədər azdır. Mətbəx divar kağızları işığa qarşı yüksək davamlığı ilə fərqlənməlidir ki, tez saralıb görkəmini itirməsin. Bu, həm otağın estetikasını korlayır, həm də divarları təmir etmədən mebelin yerin dəyişməsinə mane olur. Rənglənən divar kağızı seçərkən təkrar rənglənən növlərə üstünlük vermək məsləhətdir.
Mətbəx divar kağızlarını seçərkən malın üzərindəki nişana diqqət yetirin: «dalğa» işarəsi materialın nəmə davamlığını, «fırçalı dalğa» isə mexaniki zədəyə qarşı davamlığını göstərir.
Kağız örtüklər mətbəx divarlarına çəkilməyə yararlı deyil. Ucuzluğuna aldanmayın! Sonradan bu ucuzluq əlverişsizliyi və davamsızdığına görə sizə baha başa gələcək. Getdikcə dəbə düşən pambıq, kətan ya ipək tekstil divar kağızları, bambukdan, nadir ağac növlərinin şponundan, yarpaqlardan və ekzotik otların saplağından hazırlanmış təbii divar kağızları, sözsuz ki, gözəl görünür, lakin, tüstünü, yanıq iyini, bişirilən yemək qoxusunu canına çəkdiyinə görə, mətbəx üçün bu, uğurlu seçim deyil. Qabarıq relyefli naxışlı akril kağızları da qonaq, yataq otaqları ya dəhlizin işlənməsi üçün istifadə etmək yaxşıdır, mətbəxdə yaraşıqlı bəzəklər hətta yuyucu vasitələrlə çətin təmizlənən tünd ərp qatı ilə örtüləcək.
Məlumdur ki, rənglər insana müəyyən təsir göstərir: sakitləşdirir, ruhlandırır, eyni rəngə tamaşa etməklə adam həm yorula bilər, həm də dincələr.
Our Clients